Şəmkirdə yol polisinin idarə etdiyi avtomobillə “VAZ 2101” toqquşub, iki nəfər ölüb - YENİLƏNİB - VİDEO

Şəmkirdə yol polisinin idarə etdiyi avtomobillə “VAZ 2101” toqquşub, iki nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 04 oktyabr 2013 14:58 (UTC +04:00)

Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 389-cu kilometrliyində Şəmkir rayonunda qeydə alınıb.

Yol Patrul Xidmətinin çavuşu, 1984-cü il təvəllüdlü Malik İbad oğlu Məhərrəmovun idarə etdiyi 20 CF 267 dövlət nömrə nişanlı, “Mercedes” markalı şəxsi avtomobillə 1968-ci il təvəllüdlü İlqar İslam oğlu Aslanovun idarə etdiyi “VAZ 2101” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-2101” markalı avtomobilin sürücüsü və həyat yoldaşı 1972-ci il təvəllüdlü Təranə Aslanova ölüblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

saat 14:36

Şəmkir. Azər Məmmədli – APA. Bu gün günorta saatlarında Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, “Mercedes” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb.

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsindən hadisə barədə daha sonra məlumat veriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR