İndoneziyada vulkanın püskürməsi nəticəsində 11 nəfər ölüb

İndoneziyada vulkanın püskürməsi nəticəsində 11 nəfər ölüb
# 01 fevral 2014 22:58 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Sumatra adasındakı Sinanbunq vulkanının aktivləşməsi nəticəsində 4-ü uşaq olmaqla 11 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı vulkanın yaxınlığındakı kəndin ərazisində aşkarlanıb. Məlumata görə, ölən uşaqlar adanın bu hissəsinə ekskursiyaya gələn məktəb şagirdləridir.

Qeyd edək ki, vulkanın fəallaşması ilə əlaqədar ətraf kəndlərdən 14 min insan təxliyə olunub. Ötən gün vulkanda 3 dəfə püskürmə baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR