RSXM: Qazaxda zəlzələ baş verməsinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir

RSXM: Qazaxda zəlzələ baş verməsinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir
# 07 noyabr 2013 08:32 (UTC +04:00)

RSXM-nin mətbuat xidmətindən APA-ya verilən xəbərdə bildirilib ki, dünən axşam Qazaxda zəlzələ baş verməsinə dair bu gün yayılan məlumatlar həqiqəti əks etdirmir: “Mərkəz olaraq bildiririk ki, dünən Qazax rayonunda hər hansı təkan qeydə alınmayıb. Qazax rayonu Ermənistanla həmsərhəd və cəbhə xəttinə yaxın ərazidir və orada bu və ya digər hansısa ərazidə mina partlayışı ola bilər. Həmçinin Qazax rayonun Daş Salahlı kəndi ərazisində bir sıra sənaye obyektləri yerləşdiyindən həmin müəssisələrdə aparılan işlərlə bağlı hansısa ərazidə müəyyən silkələnmələr ola bilər. Lakin bunun təbii proseslə heç bir bağlılığı yoxdur və rayon ərazisində hansısa təkanlar baş verməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR