Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib
# 02 iyul 2014 16:18 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, A. Lukaşenkonu və Belarus xalqını Azərbaycan xalqı və öz adından Müstəqillik Günü münasibətilə təbrik edən dövlət başçısı Belarusun dövlətçiliyin və qanunçuluğun möhkəmlənməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəlilədiyini qeyd edib.

Prezident İ. Əliyev Azərbaycanla Belarusu hazırda strateji tərəfdaşlıq xarakteri almış ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bağladığını vurğulayıb, dövlətlərarası münasibətlərin, qarşılıqlı dəstək və anlaşmanın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR