Cənubi Sudanda BMT bazasına hücum olub, onlarla insan ölüb

Cənubi Sudanda BMT bazasına hücum olub, onlarla insan ölüb
# 18 aprel 2014 00:39 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Tobi Lanzer bildirib.

Qeyd edək ki, Bor şəhərində yerləşən BMT-nin bazasında 5 minədək məcburi köçkün sığınacaq tapıb.

BMT nümayəndəsinin sözlərinə görə, ötən gün 300-dək silahlı gənc petisiya ilə bazanın darvazasına yaxınlaşıb. Bir müddət sonra onlar bazanın ərazisinə soxularaq atəş açıblar. Sülhməramlıların xəbərdarlıq atəşi açması atışmanı daha da şiddətləndirib.

Məlumata görə, hücum nəticəsində onlarla insan həlak olub. Atışma zamanı iki sülhməramlı yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR