Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi başlayıb - VİDEO - FOTOSESSİYA

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi başlayıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 03 aprel 2014 08:21 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərginin Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və bu, Azərbaycanda turizm sahəsinin inkişaf etməsinin bariz nümunəsidir: “Biz çox məmnunuq ki, bu sərgi Azərbaycanda keçirilir. Sərginin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən diqqətin bariz nümunəsidir. Azərbaycanda turizm sahəsi sürətlə inkişaf edir və biz bu sahədə böyük nailiyyətlər qazanmışıq. Sərgidə iştirak edən turizm şirkətlərinə təşəkkür edirəm ki, Azərbaycana təşrif gətiriblər. Ümidvaram, bu əməkdaşlıq gələcəkdə də davam edəcək və səmərəli iş birliyinə səbəb olacaq”.

Sərginin açılış mərasimində BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai də iştirak edib. O bildirib ki, bu gün prezident İlham Əliyevlə görüşərək turizmin inkişafı, qarşılıqlı əməkdaşlığın genişlənməsi haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sərgi iştirakçılarının 60%-dən çoxunu xarici iştirakçılar təşkil edir və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edəcəklər.

Sərgidə milli stendlərin fəal iştirakı ilə yanaşı, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Stavropol Vilayəti, Tailand, Türkiyə, Soçi, Fransa, Çernoqoriya və Çexiyadan 24 milli və regional qrup iştirak edir.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR