«Azərsu» Motivasiya Proqramı hazırlayıb

«Azərsu» Motivasiya Proqramı hazırlayıb
# 25 dekabr 2013 14:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərsu» ASC-də Motivasiya Proqramı hazırlanıb və bu gün proqramın təqdimatı keçirilib.

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, müxtəlif təşkilatlardan və özəl şirkətlərdən 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə «Azərsu»nun fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

«Azərsu» ASC sədrinin müavini Mahir Məmmədov ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verib. O bildirib ki, bu gün təqdimatı keçirilən Motivasiya Proqramına uyğun olaraq sosial həyatın müxtəlif sahələrini təmsil edən aparıcı şirkətlərlə yeni əməkdaşlığa başlayır: «Ümidvarıq ki, bu əməkdaşlıq həm sizlər, həm də «Azərsu» ASC-nin kollektivi və onların ailə üzvləri üçün səmərəli olacaq. Belə ki, kollektivin üzvləri sizin təklif etdiyiniz məhsul və xidmətlərdən müəyyən güzəştlər əldə edəcək, sizlərsə yeni korporativ müştərilər qazanacaqsınız».

Şirkətin insan resurslarının idarə olunması şöbəsinin rəisi Rahid Fətəlizadə Motivasiya Proqramı proqramı barədə ətraflı məlumat verərək bildirib ki, bu, hazırda ölkədə həyata keçirilən ən böyük motivasiya layihələrindən biridir. Proqram çərçivəsində 100-dən çox şirkətlə əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR