ABŞ Dövlət Departamenti: “Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinin əleyhinədir”

ABŞ Dövlət Departamenti: “Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinin əleyhinədir”
# 11 dekabr 2013 11:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinin əleyhinədir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Saki bildirib.

Onun sözlərinə görə, ABŞ hökuməti İrana qarşı yeni sanksiya qərarının tətbiqinin təxirə salınmasına baxmayaraq, alınmasını nüvə müzakirələrinə mənfi göstərəcəyini düşünür: “Bu addım “altılıq” ölkələrindəki birliyə və on ildir İranın nüvə məsələsinin sülh yolu ilə həlli məqsədilə davam etdirilən nüvə müzakirələrinə ziyan vura bilər. Çünki ötən on il ərzində hamımız problemin həlli üçün xeyli əziyyət çəkmişik və hazırda məsələnin dinc yolla nizamlanması üçün ən yaxşı fürsət yarandığına inanırıq. Bu baxımda əks addım nüvə müzakirələrini təhlükə qarşısında qoya bilər”.

C.Saki deyib ki, İran öz öhdəliklərini yerinə yetirmədiyi zaman bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edilib: “Ancaq hazırda İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri aparıldığından, belə bir addım atılmamalıdır. Biz sanksiyaların əleyhinə deyilik. Ancaq sanksiyalar məqsəd deyil, İranın müzakirələrə ciddi qatılması üçün vasitə olmalıdır. İndiki şərait danışıqlarda hərtərəfli razılaşmanın əldə olunmasına imkan yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR