Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqtonda keçirilən beynəlxalq konfransda çıxış edib - FOTO

Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqtonda keçirilən beynəlxalq konfransda çıxış edib - <span style="color: red;">FOTO
# 05 noyabr 2013 04:11 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov noyabrın 4-də Mədəniyyət Diplomatiyası İnstitutunun dəvəti ilə bu təşkilatın Vaşinqton konfransında çıxış edib. Ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, qərargahı Berlin şəhərində yerləşən Mədəniyyət Diplomatiyası İnstitutunun “Qitələr arasında əməkdaşlıq üzrə zirvə görüşü” adlı konfransı 4-7 noyabr tarixlərində keçirilir.

Konfransın ilk günü çıxış edən səfir E.Süleymanovun məruzəsi tədbirin gündəliyində dayanan “BMT Təhlükəsizlik Şurası və beynəlxalq hüquq” mövzusuna həsr olunub. Səfir bu mövzuda danışmaq istəyinin ilk növbədə Azərbaycanın hazırda BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri olması faktından irəli gəldiyini deyib. 22 il müstəqillik tarixinə malik Azərbaycanın ilk dəfə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında birinci olaraq dünyanın ən mötəbər beynəlxalq qurumuna seçildiyini deyən E.Süleymanov bunun ölkəmiz üçün çox əlamətdar bir hadisə olduğunu bəyan edib. O, bu uğuru Azərbaycanın bir dövlət olaraq qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin göstəricisi kimi qəbul etdiyini və Şura üzvü kimi ölkəmizin dünyada sülh və təhlükəsizliyin təmin olunmasına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Sonra səfir E.Süleymanov BMT Təhlükəsizlik Şurasının struktur və fəaliyyət prinsipləri, həyata keçirdiyi vəzifələr və qarşısında dayanan məqsədlər haqqında danışıb və bu qurumun qəbul etdiyi qərarların yaratdığı beynəlxalq hüquq öhdəlikləri və onların icra mexanizmləri barədə tədbir iştirakçılarına məlumat verib. BMT Təhlükəsizlik Şurasının qərarlarının icrası kontekstində E.Süleymanov Şuranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə istinad edib və 20 il ötməsinə baxmayaraq, Ermənistanın onları icra etməkdən imtina etdiyini, beynəlxalq ictimaiyyətin isə bu hala lazımi münasibət bildirmədiyini vurğulayıb.

Konfrans iştirakçılarının suallarını cavablandıran E.Süleymanov Azərbaycanda müxtəlif etnik və dini qruplara mənsub insanların yaşadığını və bu baxımdan ölkəmizin digərləri üçün nümunə ola biləcəyini bildirib. Səfir həmçinin Heydər Əliyev Fondunun mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR