Moskva merinin müavini: “Paytaxtda ərzaq qıtlığı və bahalaşma yaranacağı barədə məlumatlar bizə qarşı təxribatdır”

Moskva merinin müavini: “Paytaxtda ərzaq qıtlığı və bahalaşma yaranacağı barədə məlumatlar bizə qarşı təxribatdır”
# 14 oktyabr 2013 15:49 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Moskvada ərzaq məhsulları qıtlığının yaranacağı və bahalaşacağı barədə yayılan məlumatlar “Pokrov” meyvə-tərəvəz bazarı rəhbərliyi tərəfindən meriyaya qarşı törədilən təxribatdır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskva merinin müavini Aleksandr Qorbenko deyib. O bildirib ki, Qərbi Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazarının bağlanması paytaxtın ərzaq təminatına heç bir təsir göstərməyəcək: “Bəli, bu, çox böyük meyvə-tərəvəz bazasıdır. Lakin bizim 26 belə meyvə-tərəvəz bazamız var. Ona görə də “Pokrov” bazasının bağlanması Moskvada ərzaq məhsullarının qıtlığına və ya qiymətinə heç bir təsir etməyəcək. Bu barədə baza rəhbərliyi tərəfindən qəsdən yalan informasiyalar yayılır ki, bazanın fəaliyyətinin dayandırılmasına mane olsunlar. Bu, təxribatdan başqa bir şey deyil”.

Qeyd edək ki, “Rospotrebnadzor” sədr müavini Yelena İqnatova jurnalistlərə açıqlamasında “Pokrov” meyvə tərəvəz bazasının beş günlüyə bağlandığını bildirib. Qərbi Biryulevo rayonunda yerləşən bu meyvə-tərəvəz bazasında çoxlu sayda azərbaycanlılar çalışır. Bazarın rəhbərlərindən biri də azərbaycanlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR