Şəmkirdə qardaş qardaşı mülk üstündə bıçaqlayıb

Şəmkirdə qardaş qardaşı mülk üstündə bıçaqlayıb
# 08 oktyabr 2013 11:44 (UTC +04:00)

Şəmkir Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə? hadisə rayonun Dəllər-Daşbulaq kəndində baş verib.

Kənd sakini, 1949-cu il təvəllüdlü Niyaz Kavı oğlu Namazov qardaşı, 1961-ci il təvəllüdlü Məhəmmədəli Kavı oğlu Namazovu qarın nahiyəsindən bıçaqlayıb.

Bıçaq zərbələri alan M. Namazov dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun səhhəti orta ağır qiymətləndirilir.

Polis Şöbəsindən bildiriblər ki, Niyaz Namazov saxlanılaraq məsuliyyətə cəlb edilib.

İlkin araşdırma zamanı məlum olub ki, mübahisə mülk üstündə düşüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR