Tacikistanın bir sıra mədəniyyət və elm xadimləri Çövkən oyununu ilə bağlı UNESCO-ya etiraz məktubu ünvanlayıblar

Tacikistanın bir sıra mədəniyyət və elm xadimləri Çövkən oyununu ilə bağlı UNESCO-ya etiraz məktubu ünvanlayıblar
# 11 dekabr 2013 14:53 (UTC +04:00)

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Əkbər Torsan, Yusifşah Bağırov və Əbdülnəbi Səttarzadənin başçılığı ilə Tacikistanın bir sıra mədəniyyət və elm xadimləri buna etiraz olaraq dekabrın 9-da ingilis və tacik dillərində UNESCO-ya məktub ünvanlayıblar. Onlar məktublarında UNESCO-nu Çövkən oyununu iranlılara məxsus olmasına baxmayaraq, Azərbaycan, İran, Tacikistan, Əfqanıstan, Özbəkistan, Türkmənistan və Ermənistanın ortaq mədəni mirası kimi qeydə almağa çağırıblar.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə APA-ya bildirib ki, Qarabağ atları üzərində çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınıb və bu cür müraciətlərin əsası yoxdur: “Geriyə hər hansı yol yoxdur. Hansısa ölkə buna qoşulmaq istəyirsə, UNESCO-ya müraciət edə bilər. Tacikistan tərəfinin bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə hər hansı yazılı, yaxud şifahi müraciəti daxil olmayıb”.

Müraciətdə Çövkən oyununun mədəni miras kimi aid olduğu ölkələr arasında Ermənistanın da adının çəkilməsinə münasibət bildirən V.Eyvazzadə əlavə edib ki, UNESCO-nun qəbul etdiyi qərarda “Azərbaycan Respublikasında” ifadəsi öz əksini tapıb: “Nəticə ortadadır, sessiyada qərar qəbul olunub ki, Qarabağ atları üzərində Çövkən oyunu qeydiyyata alınsın. Tacikistan buna hansısa şəkildə qoşulmaq istəyirsə, bunlar sonrakı müzakirə mövzularıdır. İndiki vəziyyətdə bu oyun növü Azərbaycan Respublikasının adı ilə siyahıya salınıb. Nazirliyə rəsmi şəkildə müraciət olunarsa, biz də izahlı şəkildə, hüquqi qaydalara əsaslanaraq onlara məlumat verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR