Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 10 sentyabr 2013 06:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,01 dollar və ya 0,9% azalaraq 1 barelə görə 109,52 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 9-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,40 dollar və ya 2,1% azalaraq 113,72 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR