Qax rayonunda narkotik satan şəxs həbs edilib - VİDEO

Qax rayonunda narkotik satan şəxs həbs edilib - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2013 07:50 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs həbs edilib. Qax rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat axtarış tədbiri keçirilib. Keçirilmiş tədbir nəticəsində rayonun Qaxbaş kənd sakini, 1974-cü il təvəllüdlü Ustarov Mahmud Nadir oğlu Qax şəhəri ərazisində 108 qram narkotik vasitə hesab edilən, yaş halda marixuananı şərti alıcıya satarkən tutulub. Mahmud Ustarov Qax RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə gətirilib, onun barəsində cinayət işi qaldırılıb. Faktla bağlı Qax RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR