"XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının hesabat konfransı keçirilib - FOTOSESSİYA

"XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının hesabat konfransı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyul 2013 10:32 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) həyata keçirdiyi "XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının hesabat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ARGTMŞ sədri Şahin Seyidzadə layihənin əhəmiyyətindən danışaraq, bu proqramın Azərbaycanda ilk dəfə həyata keçirildiyini söyləyib: "Layihə nəticəsində Azərbaycanda "Facebook", "Twitter", "Youtube" və "Bloq" mövzuları üzrə 4 nəfərdən ibarət ekspert qrupu formalaşıb. Bununla yanaşı sosial şəbəkələrlə bağlı Azərbaycan dilində təlim-tədris modulu yaradılıb və 16 multiplayer təlim olunub". Onun sözlərinə görə, ilk dəfə olaraq Azərbaycan dilində "Facebook" və "Twitter" sosial şəbəkələri istifadəsi üzrə 8 video təlim çarxı yaradılıb və 1000-dən çox gənc sosial şəbəkələrdən düzgün istifadə qaydalarını öyrənib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev "Facebook", "Twitter"in bu gün gənclərin həyatının ayrılmaz bir hissəsinə çevrildiyini söyləyib: "Azərbaycanın informasiya kommunikasiyaları sürətlə inkişaf edir. Gənclər sosial şəbəkədə daha çox bir-biri ilə ünsiyyət üçün istifadə edirlər. Lakin gənclər bununla yanaşı Azərbaycanın uğurlarını, tarixini, mədəni irsini təbliğ etməyi də qarşısına məqsəd kimi qoymalıdırlar". O, sosial şəbəkələrdən biliklərin artırılması üçün istifadənin mümkünlüyünü qeyd edib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda gənclərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı layihələr davamlı həyata keçirilir: “Bundan öz məqsədləri üçün sui-istifadə edənlər də olur və bəzi siyasi partiyalar gəncləri yanlış yola çəkirlər. Bu baxımdan Azərbaycan gəncləri diqqətli olmalıdırlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR