Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə müzikl təqdim olunub - FOTOSESSİYA

Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə müzikl təqdim olunub - <span style="color: red;">FOTOSESSİYA
# 17 yanvar 2014 21:48 (UTC +04:00)

APA-nın məlumatına görə, müzikldə Gürcüstanın xalq artisti, məşhur kino aktyoru və estrada müğənnisi Vaxtanq Kikabidze, tanınmış sənət adamlarından Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, həmçinin Z.Paliaşvili adına Gürcüstan Dövlət Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış edib.


1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınmış, musiqili komediya janrında çəkilən “Vera məhəlləsinin musiqiləri” bədii filmi Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanıb. Həmin filmin motivləri əsasında hazırlanan müziklə isə fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib.


Dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiya və xüsusi effektlərin bir-biri ilə mükəmməl vəhdət təşkil etdiyi səhnə əsəri Heydər Əliyev Mərkəzində anşlaqla izlənilib.


Sonda Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, tanınmış sənət adamı Sofiya Nijaradze çıxış edərək Azərbaycanı çox sevdiklərini, paytaxt Bakının gündən-günə gözəlləşdiyini və Heydər Əliyev Mərkəzinə heyran olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR