Kənd təsərrüfatı nazirinin Cəlilabad rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişib

Kənd təsərrüfatı nazirinin Cəlilabad rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişib
# 14 mart 2014 11:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun Cəlilabad rayonunda vətəndaşlarla nəzərdə tutulmuş görüşünün vaxtı dəyişib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir Heydər Əsədovun bu gün Cəlilabad rayonunda vətəndaşlarla nəzərdə tutulmuş görüşü martın 28-nə keçirilib.

Həmin gün saat 11:00-da H.Əsədov Cəlilabad Olimpiya İdman Kompleksində (Ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR