Azərbaycana Rusiyadan yeni cins qoyunlar gətirilib

Azərbaycana Rusiyadan yeni cins qoyunlar gətirilib
# 12 sentyabr 2013 09:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycana Rusiyadan ilk dəfə olaraq 300 baş «Romanov» cinsindən olan qoyun gətirilib. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.


Onun sözlərinə görə, respublikada daha çox yun və ət verən qoyunçuluq sahəsinin inkişaf etdirilməsi nəzərdə tutulur: «Rusiyadan gətirilən bu heyvanlar kürklük qoyunlardır, yəni onun dərisindən kürk hazırlanır. Hazırda bu heyvanlar karantində saxlanılır».

Qeyd edək ki, hazırda Azərbaycanda 2,7 mln. baş iribuynuzlu heyvan, 8,6 mln. baş qoyun var və yaxın gələcəkdə sonuncu rəqəm 10 mln.-a çatdırılacaq.

Ç.Fərəcov bildirib ki, bu heyvanların məhsuldarlığı aşağıdır, ona görə də heyvandarlığı intensiv inkişaf etdirmək lazımdır: «Hər inək və camışdan 1 307 kq süd sağılır. Lakin bu göstəricini 2 500 kq-a çatdırmağı düşünürük. Əhalinin südə olan tələbatı hələ aşağıdır, biz əhalinin daxili istehsal hesabına tələbatının 80%-nı ödəyə bilirik, 20% isə idxal olunur. Ona görə də xaricdən heyvan gətirilir və bu vaxta qədər 7 000 baş heyvan idxal olunub. Bu ilin sonuna kimi daha 3 000 baş heyvanın gətirilməsi nəzərdə tutulub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR