Rusiya paytaxtında Azərbaycan vətəndaşı qətlə yetirilib - YENİLƏNİB

Rusiya paytaxtında Azərbaycan vətəndaşı qətlə yetirilib - <span style="color: red;">YENİLƏNİB
# 16 oktyabr 2013 15:59 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA, Rusiya paytaxtında Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib. Bu barədə APA-nın Moskva müxbirinə Moskva Baş Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında paytaxtın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında yerləşən dayanacaqda üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb.


Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Ruslan Arif oğlu Qaraxanlıdır. Onun küt alətlə döyüldüyü, daha sonra isə kəsici alətlə bədəninin müxtəlif yerlərinə zərbələr endirilməklə qətlə yetirildiyi bildirilib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

****

17:52

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Azərbaycan vətəndaşı qətlə yetirilib.


APA-nın Moskva müxbiri xəbər verir ki, bu gün günorta saatlarında paytaxtın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı Ruslan Qaraxaylıdır.

Moskva polisi faktı təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR