Gürcüstan prezidenti və Türkiyənin baş naziri Bakı-Tiflis-Qars layihəsini müzakirə edib

Gürcüstan prezidenti və Türkiyənin baş naziri Bakı-Tiflis-Qars layihəsini müzakirə edib
# 21 yanvar 2014 08:25 (UTC +04:00)

Gürcüstan Prezidenti Administrasiyasından APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, görüş Türkiyə baş nazirinin iqamətgahında işçi yeməyi zamanı geniş formatda baş tutub.

Tərəflər Gürcüstan-Türkiyə münasibətlərinin perspektivlərini müzakirə edib. Qeyd olunub ki, Türkiyə Gürcüstanın birinci ticarət tərəfdaşıdır: “Gürcüstan üçün vacib və prioritet odur ki, ixrac edilən məhsullar texniki maneələr olmadan Türkiyə bazarına daxil ola bilsin”.

Görüşdə eyni zamanda Gürcüstan və Türkiyənin birgə həyata keçirdikləri layihələr haqqında söhbət aparılıb, o cümlədən Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin tikintisi və tarixi abidələrin qorunması məsələləri müzakirə olunub.

Sonra Gürcüstan prezidenti Türkiyə Böyük Millət Məclisində olub və parlamentin sədri Cəmil Çiçəklə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR