Avropa Birliyinin komissarı: “Bəzi tərəfdaşlarımıza nə qədər ciddi təzyiqlərin göstərildiyini görürük”

Avropa Birliyinin komissarı: “Bəzi tərəfdaşlarımıza nə qədər ciddi təzyiqlərin göstərildiyini görürük”
# 12 sentyabr 2013 08:12 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle Avropa Parlamentinin toplantısında çıxış edərkən deyib. O bildirib ki, Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqının nizamnaməsi ilə AB-nin Ukrayna, Moldova, Gürcüstan və Ermənistanla imzalamaq istədiyi dərin və hərtərəfli azad ticarət zonası (DCFTA) haqda saziş üst-üstə düşmür: “Bunun səbəbi ideoloji fikir ayrılığı və iqtisadi blokların toqquşması deyil. Bu, hüquqi məsələlərlə bağlıdır. Məsələn, gömrük tariflərini DCFTA-ya uyğun olaraq azaltmaq və eyni zamanda Gömrük İttifaqının tələblərinə uyğun olaraq artırmaq mümkün deyil. DCFTA-nın üstünlüklərindən faydalanmaq üçün bizim tərəfdaşlarımız öz ticarət siyasətləri üzərində tam suverenlik hüququna malik olmalıdır, bu isə Gömrük İttifaqı daxilində mümkün deyil”.

Bununla yanaşı, Ş. Füle Gömrük İttifaqına üzv olmağın hər ölkənin öz hüququ olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR