Ümumdünya Kilsələr Şurası qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı qətnamə qəbul edib

Ümumdünya Kilsələr Şurası qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı qətnamə qəbul edib
# 07 noyabr 2013 16:17 (UTC +04:00)

APA-nın “tert.am” saytına istinadən verdiyi məlumata görə, erməni katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aramın rəsmi bəyanatından, eləcə də Erməni Kilsəsinin apardığı işdən sonra 345 kilsədən 3000 nümayəndənin iştirak etdiyi Assambleyada qəbul edilən qətnaməyə əsasən, 24 aprel 2015-ci ildə Cenevrədə Ümumdünya Kilsələr Şurasına üzv olan kilsələrin, müxtəlif beynəlxalq təşkilatların, hüquqşünasların və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə konfrans keçiriləcək.

Konfransla paralel olaraq Cenevrədə kilsələrarası yığıncaqda dua mərasimi təşkil ediləcək. Həmin gün dünyadakı bütün kilsələr qondarma “soyqırım”ın qurbanları üçün dua oxumağa dəvət ediləcəklər.

Qeyd edək ki, Ümumdünya Kilsələr Şurasının X Assambleyası Cənubi Koreyanın Pusan şəhərində keçirilir. Oktyabrın 30-da başlanan toplantı noyabrın 8-ə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR