Azərbaycanda rezidenturaya keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb

Azərbaycanda rezidenturaya keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb
# 11 sentyabr 2013 07:48 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, 821 namizəd müsabiqədə iştirak hüququ qazanıb.

Komissiyanın internet saytında qəbul imtahanının hər iki mərhələsi üzrə namizədlərin cavab kartlarının qrafik təsviri yerləşdirilib. İmtahanda iştirak etmiş hər bir namizədin öz cavab kartının görüntüsünə baxa bilər.

Qeyd edək ki, müsabiqədə iştirak hüququ olan namizədlər sentyabrın 11-dən (saat 12:00-dan) 16-dək (saat 09:00-dək) elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) qəbul olmaq istədikləri ixtisasları seçməli və ixtisas seçimini təsdiq etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR