ABŞ konqresmeni: “İrana hərbi müdaxilə variantı masanın üzərində qalmalıdır”

ABŞ konqresmeni: “İrana hərbi müdaxilə variantı masanın üzərində qalmalıdır”
# 26 oktyabr 2013 13:23 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran bir ay sonra nüvə silahı istehsal edə biləcək gücə sahib olacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Konqresinin respublikaçılar fraksiyasının rəhbəri Erik Kantor deyib. O bildirib ki, İrana qarşı hərbi müdaxilə variantı masa üzərində qalmalıdır: “İranla nüvə silahı arasındakı məsafə istər bir ay, istərsə bir il olsun, bu ölkənin nüvə silahlarına yiyələnmək istiqamətində qərarlı addımlar atması ABŞ və müttəfiqləri üçün birbaşa və ciddi bir təhdiddir. Ona görə də İrana qarşı hərbi əməliyyat variantının araşdırılması lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR