Səlim Müslümov Siyəzəndə vətəndaşları qəbul edib  - FOTO - VİDEO

Səlim Müslümov Siyəzəndə vətəndaşları qəbul edib  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 dekabr 2013 10:33 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən rayonunda vətəndaşları qəbul edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, görüşdə Quba, Qusar, Xaçmaz, Şabran, Xızı rayonlarının sakinləri də iştirak edib. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşların müraciətləri əsasən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillərlə, fərdi evlərlə təmin olunması, əlil uşaqların və yaşı 18-dən yuxarı olan əlillərin əlil arabaları ilə təmin olunması, onların xaricdə müalicəyə göndərilməsi və ünvanlı sosial yardımla təmin olunması ilə bağlı olub. Görüşdə, həmçinin Xaçmazda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilərək oktyabr ayında təhvil verilmiş 36 mənzilli binada mənzillərin bölüşdürülməsi məsələsini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Nazir səslənən məsələlərin araşdırılması üçün tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR