İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqə elan edib

İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqə elan edib
# 29 aprel 2014 11:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi yeni müsabiqə elan edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, müsabiqə kadr ehtiyatı yaratmaq məqsədilə sənayenin müxtəlif sahələri üzrə ali təhsilli və bu sahədə azı 5 il iş təcrübəsi olan şəxslər üçün təşkil olunub.

Belə ki, müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqi, tərcümeyi-hal, ali təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti, müvafiq bilik və ya ixtisasartırma sertifikatlarının (olduğu halda) surəti və 4x6 sm ölçüdə 1 ədəd fotoşəkil sənədləri bu ilin mayın 20-dək nazirliyə təqdim etməlidir.

Sənədlər həftənin iş günləri saat 9:00-dan 18:00-dək qəbul olunur.

Əlavə məlumatı nazirliyin insan resursları şöbəsindən almaq olar. Əlaqələndirici şəxs Emin Şirinov. Telefon: (012) 493 8867, daxili 2032, [email protected].

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR