Azərbaycanda bir gündə 4 nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda bir gündə 4 nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 21 oktyabr 2013 14:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bir gündə 4 nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Astara rayonu Qodun kənd sakini Saray Tahirova evinin damından, Abşeron rayonu Görədil kənd sakini Orduxan Muxtarov isə evində yıxılaraq aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Masallı rayon sakini Ülfət Nağdıyev Bakının Nizami rayonu ərazisində aparılan tikintidə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Qəbələ rayonu Nic qəsəbəsinin ərazisində qəsəbə sakini, ruhi xəstə Nadya Çintolyan göldə boğularaq ölüb. N.Çintolyanın meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR