Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma istiqamətində meyarlar müəyyənləşdiriləcək

Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma istiqamətində meyarlar müəyyənləşdiriləcək
# 14 yanvar 2014 09:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qarşıya qoyulan hədəflərdən biri də maliyyələşmə mexanizmlərinin işlənməsi və hazırlanmasıdır”. APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, ölkə prezidentinin müvafiq sərəncamında qeyd edildiyi kimi, 5 ay müddətində dövlət strategiyanın icrası ilə bağlı fəaliyyət planı hazırlanaraq hökumətə təqdim edilməlidir: “Həmin fəaliyyət proqramı təsdiq edildikdən sonra müvafiq dövlət proqramları vasitəsi ilə digər istiqamətlərdə olduğu kimi, Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sistemi və meyarlar müəyyənləşdiriləcək. Hazırda fəaliyyət planının hazırlanması istiqamətində işlər gedir. Bu barədə danışmaq bir qədər tezdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR