Ukrayna prezidenti Viktor Yanukoviçin müxalifət liderləri ilə görüşü başlayıb

Ukrayna prezidenti Viktor Yanukoviçin müxalifət liderləri ilə görüşü başlayıb
# 25 yanvar 2014 15:57 (UTC +04:00)

Bakı – APA. Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviçin müxalifət liderləri ilə görüşü başlayıb.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdə UDAR partiyasının lideri Vitali Kliçko, “Batkivşina” parlament fraksiyasının rəhbəri Arseniy Yasenyuk və milliyyətçi “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok iştirak edir.

Tərəflərin ölkədəki böhrandan çıxış yollarını müzakirə etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR