Ombudsman aparatının Milli Preventiv qrupunun rəhbəri və qrupun üzvü 3 saylı İstintaq Təcridxanasına baş çəkiblər

Ombudsman aparatının Milli Preventiv qrupunun rəhbəri və qrupun üzvü 3 saylı İstintaq Təcridxanasına baş çəkiblər
# 18 sentyabr 2013 07:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsman aparatının Milli Preventiv qrupunun rəhbəri Vüqar Məhərrəmov və qrupun üzvü Əflatun Baxşıyev Ədliyyə nazirliyi Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasına baş çəkiblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, baş çəkmə zamanı Milli Preventiv qrupun üzvləri bir sıra təqsirləndirilən şəxsləri qəbul edib, habelə İstintaq təcridxanasındakı saxlanma şəraitinin monitorinqini aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR