Fransa Dünya Çempionatının 1/4 finalına keçib - VİDEO

Fransa Dünya Çempionatının 1/4 finalına keçib - <span style="color: red;">VİDEO
# 30 iyun 2014 19:58 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, gözəl oyunu ilə dünya çempionatının gizli favoriti qismində görülən Fransa bu gün Nigeriya ilə görüşüb. Bu komandalar tarixi ərzində cəmi 1 dəfə üz-üzə gəlib. Maraqlıdır ki, həmin matçda afrikalılar 1:0 hesabı ilə rəqibindən üstün olub.

Əslində Bosniya və Herseqovina kimi ulduzları olan komandanı qrupda saxlayan, Argentina ilə başa-baş oynayan Nigeriyadan Fransa qarşısında da sürpriz gözləməyə dəyərdi. Nigeriyalılar birinci hissədə aktiv və hətta adlı-sanlı rəqibdən bir qədər də üstün olublar. Amma Afrika təmsilçilri bu tempi sona qədər qoruya bilməyərək, ikinci hissədə üstünlüyü əldən veriblər. Nəticədə, Fransa 2 qol vuraraq, 1/4 finala keçib.

30 iyun

Fransa – Nigeriya - 2:0
Qollar: Poqba, 79; Yobo (avtoqol), 90+

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR