Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,6% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,6% enib
# 30 may 2013 06:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 15 304 bəndədək, S&P 500 0,7% - 1 651 bəndədək, Nasdaq 0,6% - 3 474 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə İqtisadi Əməkdaşlıq və İnkişafı Təşkilatının dünyada və o cümlədən ABŞ-da iqtisadi artımı üzrə proqnozunun azalması barədə xəbər səbəb olub. Belə ki, təşkilatın proqnozuna görə, 2013-cü ildə dünya ÜDM-in artım tempi 3,1%, ABŞ-da isə iqtisadi artım 1,9% təşkil edəcək. Bu göstəricilər əvvəlki proqnozlardan müvafiq olaraq 0,3 və 0,1 faiz bəndi azdır.

Avropa fond bazarlarında mayın 29-da FTSE 100 indeksi 2,0% - 6 627 bəndədək, Almaniya DAX-ı 1,7% - 8 337 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 974 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 384,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2961 (+0,2%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR