Rusiya Suriyada kimyəvi silahdan istifadənin təxribat olduğunu hesab edir

Rusiya Suriyada kimyəvi silahdan istifadənin təxribat olduğunu hesab edir
# 18 sentyabr 2013 04:44 (UTC +04:00)

Bakı-APA. Rusiya hesab edir ki, avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahdan təxribat məqsədi ilə istifadə olunub. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-də daimi nümayəndəsi Vitaliy Çurkin bəyan edib.

“Avqustun 21-də Qutada miqyaslı təxribatın baş verdiyini isbatlayan çoxsaylı dəlillər var. Bunun məqsədi isə Suriya münaqişəsinə xarici müdaxilənin olmasıdır. Bu sübutlar hərtərəfli araşdırılmalıdır”, deyə Çurkin bəyan edib.

Diplomat həmçinin qeyd edib ki, Rusiya tərəfi BMT-nin kimyəvi silah üzrə ekspertlərinin dərhal Suriyaya qayıtmasını gözləyir.

Qeyd edək ki, sentyabrın 16-da BMT ekspertləri Suriyada kimyəvi silahdan istifadə olunmasını iddia edən hesabat təqdim edib. Lakin hesabatda münaqişədə hansı tərəfin kimyəvi silahdan istifadə etdiyi göstərilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR