Qəbul imtahanlarında əlaçıların 42 faizi öz nəticələrini təsdiqləyiblər

Qəbul imtahanlarında əlaçıların 42 faizi öz nəticələrini təsdiqləyiblər
# 27 sentyabr 2013 12:49 (UTC +04:00)

Məcburi köçkün abituriyentlərinin qəbul imtahanlarında qəbul olma göstəriciləri açıqlanıb

Bakı. Könül Kamilqızı – APA. Bu ilki qəbul imtahanlarında orta məktəb əlaçılarının 42 faizi öz nəticələrini təsdiqləyiblər. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, orta məktəb əlaçılarının 42%-i qəbul imtahanında 500-700 ballıq nəticə göstərib. M.Abbaszadənin sözlərinə görə, əlaçıların 0,9 faizi isə imtahanlarda 0-100 arası bal toplayıb.

TQDK sədri məcburi köçkün abituriyentlərinin qəbul imtahanlarında qəbul olma göstəricilərini də açıqlayıb: “Qeyd edim ki, 2000-ci ildə ölkədə məcburi köçkün statusu olan 812 nəfər ali məktəbə qəbul olunmuşdu. Bu il sə onların sayı 3161 nəfər olub. Biz görürük ki, ildən-ilə bu nəticələr artır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR