Monteneqronun baş naziri və fransalı senator prezident İlham Əliyevi təbrik ediblər

Monteneqronun baş naziri və fransalı senator prezident İlham Əliyevi təbrik ediblər
# 12 oktyabr 2013 12:14 (UTC +04:00)

Bakı – APA. Monteneqro Respublikasının baş naziri Milo Dukanoviç Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident, əziz dostum! Monteneqro hökuməti və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur və Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Azərbaycan vətəndaşlarının Sizə yenidən yüksək etimad göstərməsi ölkənizin hazırkı və inanıram ki, gələcək sosial və iqtisadi inkişafına, tərəqqisinə qiymətin və dəstəyin təzahürüdür. Əminəm ki, yeni ideya və təşəbbüslər Azərbaycan və Monteneqro arasında bütün səviyyələrdə artıq mövcud olan səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə uğurlu inkişafı üçün yeni imkanlar açacaq və əlavə təkan verəcək. Cənab prezident, uğurlu işlərinizin davamlı olmasını səmimiyyətlə arzulayaraq, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Fransa Senatının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, keçmiş nazir Jan Mari Bokel də İ. Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Cənab prezident, ilk növbədə icazə verin, 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə səmimi təbriklərimi çatdırım. Bu seçkilərin nəticələri xüsusilə ona görə mühümdür ki, əhalinin seçkilərdə iştirak səviyyəsi çox yüksək olub. Beləliklə, yaratdığınız siyasi sabitlik nəticəsində Siz öz gözəl ölkənizin müasirləşdirilməsini davam etdirə biləcəksiniz. Eyni zamanda, ölkənizin Avropa Şurasında üzvlüyü çərçivəsində demokratik islahatları da davam etdirə biləcəksiniz. Cənab prezident, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR