Leyla Əliyeva Mərdəkanda Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində olub - FOTO

Leyla Əliyeva Mərdəkanda Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində olub - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 19:05 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dövlət Sərhəd Xidmətinin Mərdəkandakı xüsusi məktəbində olub. APA-nın məlumatına görə, L.Əliyeva xüsusi məktəb üçün tikiləcək yeni korpusun layihəsinə baxıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan bu məktəb əsasən aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum uşaqların təhsil alması üçün nəzərdə tutulub. Məlumat verilib ki, layihəyə əsasən məktəb üçün 420 şagird yerlik 7 mərtəbəli yeni korpus tikiləcək.

L.Əliyeva xüsusi məktəbin xarici dil və vətənpərvərlik kabinetlərində olub, burada təhsil alan uşaqlarla görüşüb.

Daha sonra Leyla Əliyeva məktəbin xorunun ifasında “Sərhədçilər” mahnısını dinləyib. İdman zalında şagirdlər bacarıqlarını nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR