İTV və Təhsil Nazirliyinin birgə layihəsi yekunlaşıb

İTV və Təhsil Nazirliyinin birgə layihəsi yekunlaşıb
# 23 dekabr 2013 13:51 (UTC +04:00)

Bakı-APA. İctimai Televiziya və Təhsil Nazirliyinin birgə layihəsi olan “Aləm ailəm” verilişinin sonuncu mərhələsi keçirilib.

İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2013-cü ilin sonuncu və final mərhələsi olan verilişin bayram buraxılışı çəkilib. “Aləm ailəm” telelayihəsində bütün ailə tam tərkiblə öz bilik və bacarıqlarını nümayiş etdirib. Final mərhələsində mövsüm boyu mübarizə aparan İsmayıllı rayonunu təmsil edən Şirinovlar ailəsi ilə Abşeron rayonunu təmsil edən Mehdizadələr ailəsi qarşılaşıblar.

Yarışmanın yekununda ikinci yerin sahibinə böyük ekranlı televizor və noutbook, birinci yerin sahibinə isə ailə avtomobili təqdim edilib. Mövsüm boyu fəal iştirak edən ailələr – Cəlilabad, Salyan, Şuşa, Qubadlı təmsilçiləri də mükafatlandırılıblar.

Qeyd edək ki, “Aləm ailəm” verilişinin final mərhələsi dekabr ayının 31-də İctimai Televiziyanın efirindən yayımlanacaq və tamaşaçılar hansı ailənin avtomobilə sahib olduğunu görəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR