Berlində Türkiyə diplomatlarının avtomobilləri yandırılıb - FOTO

Berlində Türkiyə diplomatlarının avtomobilləri yandırılıb - <span style="color: red;">FOTO
# 02 yanvar 2014 08:38 (UTC +04:00)

Bakı - APA. Türkiyənin Almaniyadakı səfirliyində çalışan iki diplomatın avtomobili yandırılıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 1-də gecə saat 23:30 radələrində baş verib.

Berlinin Henrix Hayne prospektində bir-birindən 1 km aralıda park edilmiş diplomatların avtomobillərinin üzərinə tez alışan maddə tökülüb və qəsdən yandırılıb. Məhəllə sakinləri yanan avtomobilləri görərək yanğınsöndürənlərə məlumat veriblər. Yanğın söndürülsə də, hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Türkiyənin Almaniyadakı səfirliyi Almaniya rəsmilərindən olayın araşdırılmasını və günahkarların yaxalanmasını istəyib. Eyni zamanda səfirliyin təhlükəsizliyinin qorunmasına diqqətin artırılması da tələb olunub. Almaniya polisi olayla bağlı araşdırmaya başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR