Donald Tusk: Yanukoviç bu il vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinə hazırdır

Donald Tusk: Yanukoviç bu il vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinə hazırdır
# 20 fevral 2014 22:27 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Tusk ölkənin nazirləri və sabiq prezidenti Aleksandr Kvasnevski ilə Ukraynadakı vəziyyəti müzakirə etdikdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Kiyevdə diplomatik missiya ilə səfərdə olan Polşa, Almaniya və Fransa XİN rəhbərləri hazırda Ukraynada zorakılığın qarşısını almağa kömək edəcək razılaşma üzərində çalışırlar. Tusk qeyd edib ki, sazişin mətni hazırda müxalifətlə razılaşdırılır.

“Prezident Yanukoviçlə ölkədə vaxtından əvvəl prezident seçkilərinin bu il keçirilməsinə dair razılıq əldə olunub. Söhbət həm prezident, həm də parlament seçkilərindən gedir. On gün ərzində milli hökumət yaradılacaq, həmçinin, bu ilin yayınadək isə Ukrayna Konstitusiyasına dəyişikliklər ediləcək”, deyə Tusk vurğulayıb.

“Prezident Yanukoviçin öhdəliklərindən danışarkən, bu təklifləri ciddi şərh etmək çətindir. Çünki təcrübə göstərir ki, Ukrayna administrasiyasının üzərinə götürdüyü vədlər nadir hallarda reallaşdırılır”, deyə Tusk əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR