“Unibank” yeni kampaniyaya başlayıb

“Unibank” yeni kampaniyaya başlayıb
# 23 iyun 2014 10:40 (UTC +04:00)

Bakı – APA-Economics. “Unibank” “Visa” şirkəti ilə birgə iyunun 23-dən iyulun 23-dək böyük güzəştlər və hədiyyələr dolu bir kampaniyaya başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu tarixlərdə bankdan “Visa Gold” və “Visa Platinum” kartlarından hər hansı birini alan müştəriyə kartın illik xidmət haqqına, həmçinin sığorta depozitinə 50% endirim ediləcək.

İyulun 23-dək bankdan Visa Gold və Visa Platinum kartı alan bütün müştərilərə Braziliyada keçirilən Dünya Çempionatının aksesuarları hədiyyə olunacaq.

“Unibank”ın “Visa” kartına sahib olmağın daha bir üstünlüyü də var. Bank kartına sahib olan müştərilər, avqustun 31-dək davam edən, “Kredit kartınızla əməliyyat edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının iştirakçısı olacaq. Bankın kredit kartı ilə Azərbaycan və xarici ölkələrdə nağd və ya nağdsız əməliyyat edən müştərilərin həyata keçirdikləri hər 10 AZN/USD-lik əməliyyat, 1 şans kimi qiymətləndirilir. Ümumi uduş fondu 54 min manat təşkil edən lotereyanın 4 tirajında 732 qalib seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR