ABŞ səfiri: “Azərbaycan alternativ enerji mənbələri üzərində işləməlidir”

ABŞ səfiri: “Azərbaycan alternativ enerji mənbələri üzərində işləməlidir”
# 23 aprel 2014 08:07 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bu sözləri Bakıda keçirilən I Beynəlxalq Xəzər Enerji Forumunda çıxış edən ABŞ səfiri Riçard Morninqstar deyib. Hər bir ölkənin alternativ enerji üzərində işləməli olduğunu söyləyən səfir bildirib ki, enerji resursları şaxələndirilməlidir, bundan başqa, atmosferə atılan karbondioksid tullantılarının həcmi də azaldılmalıdır: “Kommersiya baxımından bu sahə olduqca sərfəlidir. Enerji molekuluna alternativ enerji əlavə etsəniz, qazın miqdarını da artıra biləcəksiniz. Bu da bazara daha çox qaz ixrac etməyə imkan verəcək”.

Diplomat hesab edir ki, ABŞ, Azərbaycan və digər ölkələr bu istiqamətdə birgə işləməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR