“Azər-Türk Bank” zaminsiz və arayışsız kredit kartları təklif edir

“Azər-Türk Bank” zaminsiz və arayışsız kredit kartları təklif edir
# 30 may 2014 13:53 (UTC +04:00)

Bakı. APA-Economics. “Azər-Türk Bank”a əmanət yerləşdirməklə zaminsiz və arayışsız “Kredit kart”lara sahib olmaq mümkündür.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, minimal 500 AZN/USD-dən başlayan əmanət məbləği müqabilində müştəriyə zaminsiz və arayışsız, yalnız şəxsiyyət vəsiqəsi ilə “MasterCard Kredit Kartlar” veriləcək.

“Kredit Kart” limiti əmanət məbləğinin 90% həcmində olur və illik faiz dərəcəsi 22% (orta aylıq 1,83%) təşkil edir. Burdan qazanc həm əmanətə görə illik 9% əlavə məbləğ, həm də 40 gün güzəşt müddətli “Kredit Kart”ı olacaq. Yəni müştəri kartdan çəkəcəyi məbləği hər ayın 10-na kimi tam şəkildə geri qaytarsa, illik (və ya aylıq) faiz tətbiq edilməyəcək.

Müştəri həmçinin kart vasitəsilə istənilən internet əməliyyatlarını yerinə yetirə bilər. Eyni zamanda “İnternet Bankinq”dən qeydiyyatdan keçməklə kart hesablarınızı izləyə, “Cash-in” ATM-də kart borcunuzu ödəyə və “3D Security” xidmətindən də yararlana bilər. POS-terminallardan və internetdən ödəniş zamanı heç bir komissiya haqqının tutulmaması, “Card-to-Card” xidməti (bir kartdan digər karta pul köçürülməsi) və s. kimi xidmətlər kartın əlavə üstünlükləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR