Bakıda liftdə qalmış şəxs xilas edilib

Bakıda liftdə qalmış şəxs xilas edilib
# 24 sentyabr 2013 02:52 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda, onaltımərtəbəli yaşayış binasının liftində bir nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR