Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi azərbaycanlı əsgərlərlə görüşüb - FOTO

Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi azərbaycanlı əsgərlərlə görüşüb  - <span style="color: red;">FOTO
# 07 noyabr 2013 15:07 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi Marneulidəki aviasiya briqadasında xidmət edən azərbaycanlı əsgərlərlə növbəti görüş keçirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüşdə iştirak edən əsgərlərə Gürcüstan Müdafiə Nazirliyinin həyata keçirdiyi islahatlar və sosial layihələr barədə ətraflı məlumat verilib. Müdafiə Nazirliyinin nümayəndəsi Beniamin Qasımov azərbaycanlı əsgərlərlə Azərbaycan dilində söhbət edib və onları narahat edən problemlərlə maraqlanıb. Tədbir iştirakçıları olan əsgərlər xidmət etdikləri aviasiya briqadasında onlara yaxşı şərait yaradıldığını deyiblər və eyni zamanda müəyyən problemlərdən söhbət açıblar.

B. Qasımov APA-ya açıqlamasında mütəmadi olaraq hərbi hissələrdə xidmət edən azərbaycanlı əsgərlərlə görüşdüyünü və belə tədbirlərin müsbət nəticə verdiyini bildirib: “Ən başlıcası odur ki, azərbaycanlı gənclər hiss edirlər ki, bütün məsələlərdə nazirlik onların arxasında durur və onların bütün problemlərini həll edir. Nazirliyimizin silahlı qüvvələrdə xidmət edən etnik azlıqlarla görüş proqramı fəaliyyətdədir və biz bunu həmişə həyata keçirir, əsgərlərimizi narahat edən problemləri dinləyir, eyni zamanda bu problemləri və təklifləri bir raport şəkilində yazıb rəhbərliyə bildirir, onların həllinə çalışırıq. Azərbaycanlı əsgərlər hərbi xidmətə həvəslə gedir, hətta bir neçə əsgər hərbi xidmət müddəti başa çatdıqdan sonra Gürcüstan Silahlı Qüvvələrində xidmət etmək istədiyini bildirib. Sevindirici haldır ki, onların əhval-ruhiyyəsi yüksəkdir.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR