QHT-ə Dövlət Dəstəyi Şurası loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib

QHT-ə Dövlət Dəstəyi Şurası loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib
# 06 avqust 2013 13:15 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qalib gələn loqo layihəsi üçün mükafat fondu 3 min manatdır. Müsabiqəyə təkliflərin həm elektron, həm də çap formasında təqdim edilməsi tələb edilir. Göndəriləcək loqo təklifləri üçün əsas şərtlər onun Şuranın missiyasını yaradıcı şəkildə əks etdirməsi və texniki cəhətdən standartlara uyğun olmasıdır. Layihə təkliflərinin göndərilməsi üçün son müddət sentyabrın 25-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR