BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək
# 10 mart 2014 17:21 (UTC +04:00)

Bakı – APA. BMT Təhlükəsizlik Şurası Ukraynada yaranmış vəziyyəti növbəti dəfə müzakirə edəcək.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, tədbir martın 10-da baş tutacaq.

Görüş Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilir. BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı son iclası martın 6-da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR