Polad Bülbüloğlu: “Azərbaycanla Rusiya arasındakı dostluq əlaqələri strateji xarakter daşıyır” - FOTO

Polad Bülbüloğlu: “Azərbaycanla Rusiya arasındakı dostluq əlaqələri strateji xarakter daşıyır” - <span style="color: red;">FOTO
# 23 iyun 2014 10:20 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

Səfirin sözlərinə görə, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri sarsılmaz dostluqdan xəbər verir. Buna misal olaraq, o, yaxın günlərdə baş tutan Milli Məclisin spikeri Oqtay Əsədovun Rusiyaya, o cümlədən Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərini misal gətirib.

“Belə səfərlər qarşılıqlı əlaqələrin daha da yüksəlməsinə töhfədir və hər iki ölkə bu inkişafa dəyər verir. Sevinirəm ki, rusiyalı qonaqlar Azərbaycanın inkişafını dəyərləndirmək imkanı əldə edib”, - deyə P. Bülbüloğlu qeyd edib.

Səfir dünyanın siyasi və mədəni mərkəzlərindən biri kimi Rusiyanın rolunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR