Meksikada xilasetmə əməliyyatı zamanı polis helikopteri qəzaya uğrayıb

Meksikada xilasetmə əməliyyatı zamanı polis helikopteri qəzaya uğrayıb
# 21 sentyabr 2013 19:13 (UTC +04:00)

Bakı-APA. İki gün əvvəl Qerero ştatında radarlardan itən polis helikopterinin qalıqları bu gün aşkarlanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, helikopterin təpəyə çırpılması nəticəsində göyərtədə olan 5 federal polis əməkdaşı həlak olub. İnsidentin səbəbləri hələlik məlum deyil.

Helikopter Pintada yaşayış məntəqəsində yer sürüşməsi nəticəsində köməksiz vəziyyətdə qalmış sakinlərin təxliyəsini həyata keçirirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR