Gəncədə QDİƏT PA-nın komitə iclası keçirilir - FOTO - APA TV

Gəncədə QDİƏT PA-nın komitə iclası keçirilir - <span style="color: red;">FOTO  - <span style="color: red;">APA TV
# 04 sentyabr 2013 12:32 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) İqtisadiyyat, ticarət, texnologiya və ətraf mühit komitəsinin 41-ci iclası keçirilir.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, konfransda təşkilata daxil olan 12 ölkənin nümayəndə heyəti qatılıb.

Tədbirdə iki məsələ müzakirəyə çıxarılıb. Nümayəndə heyətlərinin təklifi ilə Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev komitə sədri seçilib. Daha sonra iqlim dəyişikliyi ilə bağlı məsələ müzakirə olunub. Çıxış edənlər iqlim dəyişikliyinin yaratdığı problemlərdən və iqtisadiyyata vurduğu ziyan barədə fikirlər bildiriblər. Qeyd olunub ki, əgər yaxın illərdə atmosferə atılan parnik qazlarının miqdarı azaldılmazsa, dünyada ümumdaxili məhsul istehsalı 20% azalacaq.

Yunanıstan nümayəndə heyətinin rəhbəri Savvaş Anastasiadis iqlim dəyişikliyi zamanı ziyanın azaldılması üçün sığorta sisteminin yaradılmasının vacibliyini qeyd edib. Rusiya nümayəndə heyətinin üzvü Nikolay Paznikov isə ölkəsində ekoloji auditin keçirilməsi ilə bağlı atılan addımdan danışıb. O, qeyd edib ki, Rusiyada ekoloji audit könüllülük prinsipi üzrə həyata keçirilirdisə, 2015-ci ildən etibarən hazırlanan qanuna əsasən bu sahədə audit məcburi olacaq. Azərbaycanda da iqlim dəyişikliyi ilə bağlı görülən tədbirlərdən danışılıb. Musa Quliyev çıxışında bildirib ki, Azərbaycanda son dövrlər meşə örtüyünün sahəsi 0,4% artıb. O, respublikada alternativ enerji mənbələrindən istifadə edildiyini və Samux rayonunda alternativ enerji kompleksinin yaradıldığını deyib. Konfransda iqlim dəyişikliyi ilə bağlı ölkələrarası dialoqun və müzakirələrin aparılmasının vacibliyi qeyd olunub. Həmçinin parnik qazlarının azaldılmayacağı təqdirdə, iqlim dəyişikliyinin gələcəkdə fəsadları barədə təqdimatda keçirilib.

Konfrans iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR