Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 şəxs xilas olunub

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 şəxs xilas olunub
# 28 iyun 2014 19:49 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 şəxs xilas olunub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda (“Zuğulba-3” sularda xilasetmə məntəqəsindən, təxminən, 250 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-nin “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 18:41-də başa çatmışdır.

Sumqayıtda dənizdə (“Corat” sularda xilasetmə məntəqəsindən, təxminən, 600 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-nin “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 20:15-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR